Azərbaycan XİN Venesuelaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı bu ölkəyə başsağlığı verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə qurumun rəsmi sosial media hesabında yer alan paylaşımda deyilir:

"Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində insanların həlak olması və genişmiqyaslı dağıntıların baş verməsi bizi dərindən kədərləndirdi.

Bu faciəli hadisə ilə əlaqədar qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu çətin günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Xəsarət alanların tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, Venesuelanın Yaracuy ştatında episentrləri bir-birindən 10 kilometr aralıda yerləşən 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan xəsarət alıb.