Yeniyetmə mağazadan 6500 manatlıq siqaret oğurladı

Bakıda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, dekabrın 27-də axşam saatlarında rayon ərazisindəki mağazaların birindən 6500 manat dəyərində tütün məmulatı oğurlanıb.

Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Tərtər rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.