Yeni hakimlər təyin ediləcək - ADLAR

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:

Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.