Yarım milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxundu

Külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az apa-ya xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmü əsasən təqsirləndirilən T. Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.