Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanıldı

İyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əskinas verən 2 nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, R.Həsənov və P.Hüseynov Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.