Qazaxıstan neftinin böyük hissəsinin Avropaya nəql olunduğu Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında neft sızması baş verib.
CPC-nin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 29-da tankerə yükləmə əməliyyatı zamanı CPC-2 tək nöqtəli yanalma şlanqlarından müəyyən miqdarda neft dəniz səthinə sızıb. CPC-də neft sızması lokallaşdırılıb
Xəzər Boru Kəməri Konsorsiumu bildirir ki, qəzanın aradan qaldırılması üçün 1000 metr uzunluğunda bum, 13 yedək gəmisi, dörd kiçik gəmi, beş neft skimmeri və doqquz üzən çən istifadə olunub.
Stopnarkotik.az