Xırdalanda keçmiş məhkum və daha iki nəfər dələduzluğa görə saxlanıldılar

Xırdalan şəhəri ərazisində bir nəfərin mobil telefonunu, bir nəfərin isə 165 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 46 yaşlı Y.Səfiyev, bir nəfərin 30, bir nəfərin 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 19 yaşlı R.Əmrahov, bir nəfəri aldadıb hesabına 20 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Ağayeva saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, sözügedən şəxslər Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıblar. 

Faktlarla bağlı araşdırmalar aparılır.