Xırdalanda yenə intihar hadisəsi baş verib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 13 yaşlı N.A. özünü yaşadığı çoxmərtəbəli binanın yuxarı mərtəbəsindən atıb.
Hələ ki hadisənin hansı səbəbdən baş verməsi bilinmir.
Qeyd edək ki, bu ay ərzində Xırdalanda daha iki yeniyetmə qız özünü başqa binadan ataraq intihar edib. Onlardan birinin 16, digərinin 15 yaşı olub. Həmin şəxslər intihar etdikləri binada yaşamayıblar.