Dünən - iyunun 28-də sosial şəbəkələrin erməni seqmentində təxminən belə bir yazı dərc olunub: “ “Made in Azerbaijan” Stepanakertin(Xankəndi-S.L.) mağazalarında satılır. Burada türklər, ruslar və onların (inteqrasiya olunmayan) Məclisi var. Dilini ud və sus”.
Tert.am-ın yaydığı məlumata görə, bu barədə Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti” məlumat yayıb.
“Sözügedən paylaşımla bağlı həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, qeydiyyatdan keçirilmiş istifadəçi hesabından Stepanakert şəhər sakini, 1978-ci il təvəllüdlü şəxs istifadə edir. Bu G.P.-dır. və başlanmış cinayət araşdırması nəticəsində məlum olub ki, sonuncunun yerləşdirdiyi statusda qeyd olunanhallar reallığa uyğun gəlmir” – qondarma qurumun yaydığı məlumatda belə deyilir.
Separatçı rejimin qanunsuz xidməti sözügedə erməni barəsində “müvafiq maddələrlə” “cinayət” işi başladıb və G.P. həbs edilib. /moderator.az