Vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyunun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 4 patron darağı və 107 müxtəlif çaplı patron təhvil götürüblər.

İyunun 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 5 avtomat silahı, 9 tapança, 3 tüfəng, 13 patron darağı və 66 patron aşkarlanıb.