Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şaiq Məmmədov Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi təyin olunub.