Rusiyanın muzdlu qruplaşması “Vaqner”in İsrail-HƏMAS savaşında “Hizbullah”a kömək edəcəyi iddia edilir.
“Haberler.com” xəbər verir ki, özəl hərbi şirkət “Pantsir-S1” hava hücumundan müdafiə raket sistemini tədarük edəcək.
"Vaqner" hələlik silahı Livana təhvil verməsə də, hərbi texnikanın HƏMAS-a kömək məqsədilə Qəzzaya veriləcəyi də bildirilib.
Əgər daşınma baş tutsa, "Hizbullah" “Pantsir-S1” hava hücumundan müdafiə sistemi sayəsində İsrailin “F-16” və “F-35” döyüş təyyarələrini, həmçinin ballistik raketləri və hipersəs raketlərini vura biləcək.