“Vaqner” 2 mindən çox hərbi texnika və silahı Rusiya MN-ə təhvil verib

Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq “Vaqner” qrupundan silah və hərbi texnikanın qəbulunu başa çatdırır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" Özəl Şirkətinin silah və texnikası haqqında yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2 mindən çox texnika və silah, o cümlədən yüzlərlə tank, "Qrad" reaktiv yaylım atəşi qurğusu, "Uraqan", "Pantsir" hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və s. “Vaqner” tərəfindən MN-ə təhvil verilib.

"Həmçinin iki yarım min tondan çox müxtəlif döyüş sursatları və 20 minə yaxın atıcı silah da təhvil alınıb. Bütün texnika və silahlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır", deyə məlumatda bildirilib.