“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.
Stopnarkotik.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabında yazıb. Ekspert bildirib ki, bunu statistikamız deyir:
“Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.
Onun sözlərinə görə, azalma özünü daha çox qız uşaqlarında göstərir: “Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındakı gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.