Qırğızıstanda uşaqlara iynə ilə bağlanmış konfet paylamaqda şübhəli bilinən bir kişi saxlanılıb.
Stopnarkotik.az “Tengrinews.kz”a istinadla xəbər verir ki, hadisə 28 mart axşamı Bişkekdəki Ak-Ordo yaşayış kompleksində baş verib. Polis idarəsinin məlumatına görə, yerli sakin şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, 11 yaşlı qızı və digər uşaqları naməlum bir kişidən konfet alıblar və içərisində iynə parçaları tapılıb. Polis İdarəsinin istintaq xidməti cinayət işi açıb. Hadisənin bütün hallarını müəyyən etmək üçün lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib. İstintaq zamanı polis əməkdaşları şübhəlinin N.D. kimi tanınan bir kişi olduğunu müəyyən ediblər. O, saxlanılaraq Daxili İşlər Baş İdarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Şübhəlinin evində aparılan axtarış zamanı istintaqla əlaqəli ola biləcək konfet və digər sübutlar müsadirə edilib.
Stopnarkotik.az