Ukraynada narkotik satıcılarına qarşı "Bariqanı tut" layihəsi işə düşüb.
Stopnarkotik.az bildririr ki, bu sahədə mütəxəssis, təcrübəli narkoloq və psixoterapevt Vadim Neyasov sözügedən layihəyə rəhbərlik edir. Vadim Neyasov, “uşaqların sintetik narkotik isifadəçisi olduğunu necə tanımaq olar?” sualına cavab olaraq bildirib ki, ameftaminlər və narkotiklər aləmində “duz” yaxud “patı” adlandırılan narkotiklər yeniyetmə qonaqlıqlarının “bəzəyidir”.
Psixikası və orqanizmi tam formalaşmamış uşaqlar isə xüsusilə təhlükə altındadırlar. Bəs valideynlər uşaqlarını necə xilas edə və vaxtında bu cür asılılığın fərqinə vara bilərlər?
Vadim Neyasov məsləhət görür ki, təkcə davranışa, yuxusuzluğa və aqressiv ünsiyyət tərzinə diqqət yetirmək kifayət deyil. Əlamətlərdən biri də dişlərin bir-birinə sürtülərək qıcanması, həmçinin üzdə xəfif qıcolmalar, zəif iştah və əllərin qeyri-tipik əsərək səyriməsidir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə qoşulmaq və "Bariqanı tut" kampaniyasında iştirak etmək asandır. Bütün şərtlər layihənin saytında ( https://spiymaibarigu.com.ua/) göstərilir. Xüsusən də kənarda durmaq istəməyən, bu mübarizənin iştirakçısı olmaq istəyən hər kəs üçün telegram botu işləyir.
Stopnarkotik.az