Ukrayna Silahlı Qüvvələrinin gecə saatlarında Belqorod vilayətinin Rakityanski rayonunu atəşə tutması nəticəsində 5 nəfər həlak olub.
Bu barədə rayon rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında danışıb.
“Rakityanski rayonu atəşə tutulub. 12 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır, O cümlədən 16 yaşlı qız əməliyyatdan sonra Uşaq Rayon Xəstəxanasında reanimasiyadadır”, - deyə o qeyd edib.
Qladkov əlavə edib ki, hazırda həkimlər zərərçəkənləri stabilləşdirmək üçün hər şeyi edirlər: “Lazım gələrsə, Moskvaya müalicəyə göndəriləcəklər”.