Ukrayna Krasnodarda limanı vurdu, 15 nəfər itkin düşdü - VİDEO / YENİLƏNİB 2

Krasnodar vilayətinin qubernatoru “Qavkaz” limanında batmış bərənin dənizə çıxmış dörd ekipaj üzvünün xilas edildiyini bildirib.

Rusiya mətbuatı xəbər verir ki, o, komandanın geri qalan üzvlərinin də tapılması üçün işlər görüldüyünü açıqlayıb.

***20:33

“Qavkaz” limanında hücuma məruz qalan gəminin 15 ekipaj üzvünün taleyi məlum deyil.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra yanacaq çənləri olan “Korno Treyder” bərəsində olan 15 nəfər yoxa çıxıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb. Bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.

Onlar əlavə ediblər ki, limanın özündə yanğın yoxdur.

***19:58

Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.

Bu barədə Kuban əməliyyat qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.

O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.

Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.