“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin”.
Bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk bildirib.
Olena Kondratyuk deyib ki, Azərbaycan Ukraynaya təcili ehtiyac duyulan yardımları göstərir: “Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Biz Ukraynanın bütün ərazilərini geri qaytarmalıyıq. Azərbaycan bayrağı da Azərbaycanın bütün torpağında dalğalanmalıdır”.
Olena Kondratyuk Heydər Əliyevin Ukraynanın dostu olduğunu bildirib, Ukraynanın ən ali mükafatı ilə təltif edildiyini xatırladıb.