Üçüncü mərtəbədən yıxılan aktyorun qanından marixuana tapıldı

Rusiyalı aktyor Mixail Yefremovun oğlu aktyor Nikolay Yefremovun qanında marixuana aşkar edilib. Stopnarkotik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bunu müayinənin nəticələri göstərib.

Verilən məlumata görə, 3-cü mərtəbədən yıxıldıqdan dərhal sonra əməliyyata hazırlıq məqsədi ilə ondan kimyəvi və toksikoloji müayinə üçün qan götürülüb. Nəticələr onun qanında kannabinoidlərin olduğunu göstərib. Aktyorun vəziyyəti dumanlıdır, normal danışa bilmir və hazırlandığı əməliyyat təxirə salınmalı olub.

Üçüncü mərtəbədən yıxılaraq çanaq və ombasını sındıran aktyor çoxlu qan itirib. Həkimlər ona təzyiqi və ümumi vəziyyətini stabilləşdirmək üçün böyük dozada dərmanlar verirlər.

Stopnarkotik.az