Ötən il iyulun 3-də Abşeron rayonu ərazisində 4 nəfərə balta ilə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Abşeron rayon Prokurorluğundan Stopnarkotik.az-a verilən xəbərə görə, ibtidai istintaqla 50 yaşlı Sərxan Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sərxan Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.