Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 hərbi nəqliyyat təyyarəsi dünən Azərbaycandan qayıdarkən Gürcüstan hava məkanında qəzaya uğrayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kabinəsi və quyruq hissəsinin qopduğu görünür ki, bu da Türkiyə seqmentində müxtəlif versiyaların ortaya atılmasına səbəb olub.
Qəza sonrası Ankaradakı Rusiya səfirliyi Türkiyə hökumətinə başsağlığı verib. Lakin bir sıra türk istifadəçilər sosial şəbəkələrdə Moskvanı təyyarəni vurmaqda ittiham ediblər. Rusiya səfirliyi isə bu iddialara sərt reaksiya verərək bildirib: «Necə ağlınıza belə bir fikir gələ bilər?»
Səfirlik daha sonra qəzanın baş verdiyi ərazinin xəritəsini paylaşaraq vurğulayıb ki, bu bölgənin Rusiyayla heç bir əlaqəsi yoxdur. Digər oxşar ittihamlara cavab olaraq səfirlik əlavə edib: «Biz sizin düşməniniz deyilik. Rusiya və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq».
Ekspertlər isə qəzanın yalnız texniki nasazlıq və ya təbii amillərlə bağlı ola biləcəyini qeyd edirlər./azpolitika.info