"Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır" - BAŞ PROKURORLUQ

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir”.

Stopnarkotik.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.

O bildirib ki, bütün versiyalar üzrə müvafiq ekspertizalar aparılır: “Baş prokurorun müavinin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır”.