Türkiyədə narkotik əməliyyatı - Daha iki məşhur saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının bir müddətdir məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları prosesi üzrə iki tanınmış şəxs saxlanılıb.

Stopnarkotik.az TGRT-yə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı zamanı sosial media fenomenləri - Taha Özer və Simge Barankoğlu gecə saatlarında nəzarətə alınıblar.

Araşdırmalar zamanı Barankoğlunun dələduzluq ittihamı ilə də axtarışda olduğunu ortaya çıxıb.

Sözügedən tanınmış şəxsin 2021-ci ilin dekabrında sosial media fırıldaqçılığında iştirak etdiyi iddia olunan cinayətkar təşkilata qarşı əməliyyat zamanı da tutulduğu və məhkəmədə barəsində həbs qərarı çıxarıldığı vurğulanır.