Türkiyədə son iki həftə ərzində 77 əyalətdə narkotik satıcılarını hədəf alan əməliyyatlarda 2 ton 103 kiloqram narkotik və 2.685.000 narkotik həbi müsadirə edilib, 2.284 şübhəli tutularaq nəzarətə götürülüb, onlardan 1.187-si həbs edilib.
337 şübhəliyə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib və digərləri ilə bağlı məhkəmə prosesi davam edir.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi və Baş Prokurorluqla koordinasiyalı şəkildə, 77 əyalətdə ümumilikdə 3.420 qrup, 6.376 şəxsi heyət, 28 təyyarə və 58 narkotik aşkarlama itinin iştirakı ilə həyata keçirilib.
Stopnarkotik.az