Türkiyədə kütləvi dava: 41 nəfər xəsarət aldı

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Stopnarkotik.az “Haber Global”a istinadən xəbər verir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailənin kütləvi davasına çevrilib.

Məlumata görə, tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb.

Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.