Türkiyədə güc strukturlarının keçirdikləri əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Stopnarkotik.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada İŞİD-ə məxsus onlayn mesajlaşma platformasından istifadə etdiyi müəyyən olunan şəxslərə qarşı əməliyyat keçrilib.
Saxlanılan 23 nəfərdən 8-nin xarici ölkə vətəndaşı olduğu müəyyənləşib və onların ölkədən deport edilməsi prosesinə başlanılıb. Digər 15 nəfər isə hakim qarşısına çıxarılıb. Onlarda ikisi yetəri qədər sübut olmadığı üçün sərbəst buraxılıb, 9 nəfər həbs edilib, qalan üç nəfər isə polis nəzarətinə verilib.