Türkiyədə hoteldə silahlı insident: ÖLƏNLƏR VAR

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən hoteldə silahlı atışma baş verib.

"Haber Global" xəbər verir ki, atışma zamanı iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Bildirilir ki, hotel sahibi Cavit Yılmaz və müştəri qismində hoteldə olan digər 4 şəxs arasında naməlum səbəbdən yaranan mübahisə tez bir zamanda silahlı davaya çevrilib. Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Atışmada ağır yaralanan 62 yaşlı Cavit Yılmaz və 26 yaşlı Ufuk Sezer aparıldıqları xəstəxanada həyatlarını itiriblər. Bir yaralının isə həyati təhlükəsi davam edir.

Hadisə ilə bağlı üç nəfər şübhəli şəxs qismində saxlanılıb və araşdırma başlanılıb.