Türkiyə sərhədində narkotik əməliyyatı - MİLYONLARLA "KAPTAQON" HƏBİ ƏLƏ KEÇDİ

Suriya təhlükəsizlik orqanları Türkiyə sərhədi yaxınlığında böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alıb və milyonlarla “Kaptaqon” həbinin ələ keçirib. 

Stopnarkotik.az xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri Türkiyə ilə koordinasiyada həyata keçirilən əməliyyatda milyonlarla “Kaptaqon” həbinin ələ keçirildiyini və beynəlxalq əməliyyatda tutulan çox sayda insanın həbs edildiyini açıqlayıb. Əməliyyatın təfərrüatlarını Suriyadakı xəbər agentlikləri bildirib. Açıqlamaya görə, Suriyanın şimalında Türkiyə ilə kəşfiyyat əməkdaşlığına əsaslanan ortaq əməliyyatda 6 nəfər nəzarətə alınıb. Məlumata görə, əməliyyat nəticəsində bölgənin qeyri-leqal narkoticarət şəbəkələri ilə əlaqəli şəbəkə aşkarlanıb.

Beynəlxalq hesabatlar göstərir ki, devrilmiş Əsəd rejimi Suriyanı narkotik istehsal bazasına çevirib. Suriyanın Türkiyə sərhədi yaxınlığında keçirilən narkotik əməliyyatı ölkədə Əsəd rejimindən miras qalan narkotik istehsal və satış şəbəkəsini gündəmə gətirib. 

Suriya rəsmiləri narkotiklərin ölkənin şimal sərhədindən Türkiyəyə aparılarkən ələ keçirildiyini açıqlayıb. Türkiyə tərəfində 4 milyon “Kaptaqon” tabletinin ələ keçirildiyi də açıqlanıb. Son illərdə Suriyanın mərkəzi və cənubundan Türkiyə və Körfəz ölkələrinə narkotrafik qaçaqmalçılıq yolu aktiv işləyir. Xüsusilə “Kaptaqon” narkotiki qaçaqmalçılıq şəbəkələri üçün milyardlarla dollar qazandıran böyük bir bazar olaraq ortaya çıxıb.

Avropaya çıxış

Narkotik hesabatlarında 2020 və 2021-ci illərdə Suriyada 20 milyon, 2022-ci ilin ilk yarısında isə 145 milyon “Kaptaqon” tabletinin ələ keçirildiyi bildirilərkən, ölkə tarixindəki ən böyük miqdarda 2020-ci ilin iyul ayında İtaliyanın Salerno limanında Suriyadan İsveçrəyə üzən gəmidə 84 milyon “Kaptaqon” tabletinin tutulduğu vurğulanır. Narkoticarətə qarşı mübarizə qurumlarının hesabatlarında Suriyadan ələ keçirilən “Kaptaqon” narkotik tabletinin əvvəlcə dəniz yolu ilə Belçikaya gətirildiyi, buradan quru yolu ilə Avstriyaya, daha sonra Səudiyyə Ərəbistanına göndərilməsinin nəzərdə tutulduğu vurğulanır.

Suriya “Kaptaqon” narkotikinin mərkəzi olub

Narkotik hesabatları həmçinin Mərakeşin narkotik tozu istehsalında ön sıralarda olduğuna diqqət çəkir, lakin bu istiqamətdə aydın tendensiya son zamanlarda Suriya və Livanda da müşahidə olunur.  Üzərində captagon loqosu olan tabletlər, əsasən Suriya və Livanda, eləcə də Avropanın bəzi yerlərində qeyri-qanuni istehsal olunur və onların tərkibində “fenetilin” olmadığı üçün saxta Kaptaqon hesab edilməkdədir.

2018-ci ilin dekabr ayında Aralıq dənizində Suriya bayrağı altında üzən gəmidə Yunanıstan səlahiyyətliləri tərəfindən Liviyaya göndərilən 3 milyon kaptaqon tableti ələ keçirilib. 2019-cu ilin iyun - iyul aylarında Pirey limanında Yunanıstan orqanları tərəfindən 33 milyon tablet kaptaqon ələ keçirilib. Müsadirə zamanı Suriyadan gələn üç konteynerin içində kaptaqon tableti lövhələrin içərisində gizlədilib və Çinə göndərilməsinə çalışılıb.

Digər tərəfdən PKK/ PYD/YPG terror təşkilatlarının Suriyadakı narkotik fəaliyyətlərinə də toxunulan xəbərlərdə türk əsgərlərinin terrordan təmizlənmiş bölgələri narkotikdən təmizlədiyi vurğulanır. Narkotik  hesabatlarında 17 iyul 2018-ci il tarixinə diqqət çəkilərək, “Azez rayonuna narkotik vasitələrin daşınması müəyyən edilən avtomobildə əməliyyat keçirilib və 41 kilo 540 qram “Kaptaqon” həbi götürülüb” deyə məlumatlar yer alıb. 

Stopnarkotik.az

**

**