Türkiyə siqaret çəkənlərin sayına görə liderdir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Health at a Glance 2025” hesabatına əsasən, Türkiyə gündəlik siqaret çəkənlərin sayına görə təşkilata üzv ölkələr arasında lider mövqedə qərarlaşıb.

Hesabatda bildirilir ki, Türkiyədə 15 yaşdan yuxarı əhali arasında gündəlik siqaret çəkənlərin payı 28,3 faiz təşkil edir. Bu göstərici təşkilat üzrə orta səviyyədən xeyli yüksəkdir. Belə ki, üzv ölkələrdə gündəlik siqaret çəkənlərin orta göstəricisi 14,8 faizdir.

Türkiyə bu göstərici ilə siyahıda ilk yeri tutur və Macarıstan da daxil olmaqla digər ölkələri geridə qoyur.