Türkiyə İsraildəki səfiri Şakir Özkanı geri çağırıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səbəb olaraq İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə hücumlarını davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı şəkildə ölkəyə girişinə icazə verməməsi nəticəsində Qəzzada baş verən humanitar faciə göstərilir.