Türkiyə Ermənistanla sərhədini açmaq üçün hazırlıqları sürətləndirir.
Stopnarkotik.az bildirir ki, Türkiyə mediasının məlumatına görə, İğdır vilayətinin Qaraqoyunlu rayonundakı Əlican sərhəd keçid məntəqəsində tikinti və infrastruktur işləri artıq 90% başa çatıb.
Eyni zamanda, Ermənistanın Armavir bölgəsindəki Marqara keçid məntəqəsinin modernləşdirilməsi işləri aparılır. Türkiyə tərəfində gömrük və sərhəd prosedurları üçün binalar tikilir, erməni qonaqları İğdır və ətraf bölgələrə səfər etməyə təşviq edən məlumat lövhələri və reklam konstruksiyaları quraşdırılıb.
Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaradan sərhədi açmaq və diplomatik münasibətləri normallaşdırmaq üçün "uzun müddətdir gözlənilən siyasi qərar" gözlədiyini bildirmişdi.
Stopnarkotik.az