Trampın yeni anti-narkomaniya qanunu - yalnız sağalan narkomanlara şans veriləcək

İyulun 24-də Prezident Donald Tramp psixotrop və ya narkotik maddələrdən istifadə üzündən psixi xəstəlikdən əziyyət çəkən evsiz insanların hüquqlarını və xidmətləri məhdudlaşdıran “Amerika küçələrində cinayəti və hərc-mərcliyi dayandırmaq” haqqında yeni icra sərəncamı imzalayıb.

Sərəncamdakı başlıqlar əsasən psixiatrik və ya narkomaniyadan müalicə üçün məcburi xəstəxanaya yerləşdirmə ilə bağlı müddəalara diqqət yetirir, lakin eyni zamanda narkotik maddələrdən istifadənin, o cümlədən aşırı dozanın və QİÇS yaxud  hepatitə yoluxmanın zərərli təsirlərini azaltmaq məqsədli “Zərərin Azaldılması Proqramı”nı hədəfləyir.

“Adiministrasiyanın 24 iyul tarixli, mənzili olmayan insanların məcburi xəstəxanaya yerləşdirilməsini tələb edən və aşırı dozada ölüm hallarının qarşısının alınması, narkomanlığın müalicəsi və QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasını dayandırdığı sübut edilmiş yüksək effektiv, Zərərin Azaldılması yanaşmalarını sarsıdan sərəncam, asılılığın sinergetik epidemiyası, QİÇS və başqa yoluxucu xəstəliklərlə mübarizə səylərinə ciddi şəkildə xələl gətrəcək”, deyə QİÇS Tibb Dərnəyinin sədri şərh verib.

Trampın sərəncamında deyilir: “Kütləvi avaralıq, ictimai asayişin pozulması, qəfil toqquşmlar və şiddətli hücumlar şəhərlərimizi təhlükəli vəziyyətə salıb... Məcburi qayğıdan istifadə etməklə evsiz insanların uzunmüddətli müəssisələrə yerləşdirilməsi ictimai asayişi bərpa edəcək”.

Əhatəli sərəncam “özləri və cəmiyyət üçün təhlükə yaradan küçələrdə yaşayan və özlərinə baxa bilməyən ruhi xəstəliyi olan şəxslərə” məcburi qayğı göstərilməsini təşviq edir.

Sərəncam Səhiyyə və İnsan Xidmətləri  naziri ilə Mənzil və Şəhərsalma nazirini insanları ilk növbədə narkotikdən azad olmalarını tələb etmədən daimi mənzilə təmin etməyi ilk yerə qoyan “əvvəlcə mənzil” siyasətinə dəstəyini dayandırmağa yönəldir. Sənəd həmçinin proqramda iştirakın şərti kimi narkotik asılılığından müalicəni və ya psixi sağlamlıq xidmətlərinin tamamlanmasını tələb edir.

Sərəncamda həmçinin bildirilir ki, Milli Sağlamlıq İnstitutlarının bir hissəsi olan “Psixotrop Maddələrdən Sui-istifadənin Qarşısının Alınması” və “Psixi Sağlamlıq Xidmətləri İdarəsi”ndən verilən qrantlar zərərin azaldılması və ya narkotikin daha təhlükəsiz istifadə səylərini maliyyələşdirmir.

Zərərlərin azaldılması üçün görülən əsas tədbir narkotik vasitələrin yeridilməsi üçün steril avadanlıq təmin edən iynə və ya şpris mübadiləsi proqramlarıdır. İlk dəfə 1980-ci illərin sonlarında ABŞ-da fəallar tərəfindən işə salınan bu proqramlar bir vaxtlar mübahisəli olsa da, QİÇS və hepatit C-nin yayılmasını azaltdığına dair geniş dəlillər gətirilərək geniş şəkildə qəbul edilən ictimai səhiyyə yanaşmasına çevrildi. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 2022-ci ildə QİÇS-ə yoluxan 31,800 nəfərin 7%-i inyeksiya ilə narkotik istifadəçisi olub. Bəzi proqramlar həmçinin inyeksiya olunmayan narkotik istifadəsi, narkotik test zolaqları və QİÇS-lə  hepatit C testi və müalicəsi üçün lazımi vasitələr təqdim edir.

Son onillikdə ABŞ-ın bir neçə şəhəri aşırı dozanın qarşısının alınması mərkəzləri kimi tanınan təhlükəsiz inyeksiya məntəqləri açmağa cəhd etdi, burada insanlar nalokson (Narcan) tətbiq edə bilən və aşırı doza fəsadlarında ilk yardım göstərə bilən təlim keçmiş işçilərin nəzarəti altında narkotiklərdən istifadə edə bilərlər. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, aşırı dozadan ölənlərin sayı son vaxtlar azalsa da, keçən il təxminən 87,000 insan bu səbbədən ölüb. Bu məntəqələr narkotik istifadəçilərini təmiz inyeksiya avadanlığı, tibbi xidmət, narkotiklərdən müalicə və digər xidmətlər verir.

Zərərin Azaldılması Koalisiyası bildirir ki, 11 ölkədə 100-dən çox nəzarət edilən narkotik inyeksiyası yeri var, lakin federal qaydalar onların ABŞ-da tətbiqinə imkan vermir. 2021-ci ilin sonunda Nyu-York şəhərində icazəli ilk iki nəzarət edilən inyeksiya sahəsini açıldı. Rod-Aylend ştatının Providens şəhərində dövlət tərəfindən təsdiqlənmiş məntəqə keçən il açıldı.

Trumpın birinci prezidentlik müddətində administrasiya nəzarət edilən narkotik vasitələrin istifadə edildiyi yerləri “Narkorpitonların statusu nizamnaməsi" əsasında cinayət hesab edəcəyi ilə hədələdi. Bu qanuna görə qanunsuz narkotiklərin istehsal edildiyi, paylandığı və ya istehlak edildiyi bir obyekti idarə etməyi cinayətdir. Bayden administrasiyası səssiz dəstək göstərdi, lakin bu cür problemləri həll etmək üçün heç bir addım atmadı.

Truampın sərəncamı nəzarət altında narkotik istifadəsinə qarşı sərt mövqe tutur və bu mövqeyi  zərərin azaldılması səylərinə şamil edir.

Sərəncam Baş Prokuror Pam Bondiyə əmr edir ki, o federal hökumətdən yardım alan şəxslərin “narkotik vasitələri bilərəkdən yayan və ya qeyri-qanuni narkotik vasitələrin istifadəsinə və ya yayılmasına icazə verən” inyeksiya üçün narkotik istifadə məntəqələrini saxladığını yoxlasın, “mülki və ya cinayət işi qaldırdın və “zəruri hallarda yardımlarını dondursun”.

Sərəncamda deyilir ki, federal hökumət qeyri-qanuni narkotik vasitələrin açıq istifadəsini qadağan etməyən və “şəhər düşərgələrini və gəzintiləri” qadağan edən yurisdiksiyalar üçün maliyyəni dayandıracaq. Sərəncamda əyalət və yerli hökumətlərə sərəncamın icrasına kömək etmək, o cümlədən narkomanların toplaşdığı düşərgələrin ləğvi üçün qrantlar vurğulanır, lakin o, yeni psixi sağlamlıq və narkoloji müalicə müəssisələrinin tikintisi üçün lazım olan maliyyəni nəzərdə tutmur. Sərəncamın tərəfdarları onu ətraflı tənqid edərək, bunun evsizlik, psixi sağlamlıq problemləri və narkotik istifadəsinin cəngində qalan insanlara kömək etmək əvəzinə zərər verəcəyini deyirlər.

"Əgər bu administrasiya aşırı dozadan ölüm hallarının azaldılmasına və cəmiyyətin təhlükəsizliyinin artırılmasına həqiqətən sadiqdirsə, o, ictimai səhiyyə ekspertlərinin və müdafiəçilərinin dediklərini qəbul etməli və davamlı şəkildə zərərin azaldılması proqramları, aşırı dozanın qarşısının alınması mərkəzləri və könüllü, məcburi olmayan müalicə və qulluğa geniş girişi maliyyələşdirilməlidir", “Legal Action Center” Səhiyyə Mərkəzinin baş direktoru Debora Rid deyir.

"Bununla əlaqədar olaraq, bu fərman və onun özünü doğrultmuş zərərin azaldılması proqramlarına və mənzilə əsaslanan siyasətinə hücumları, şübhəsiz ki, QİÇS-in ötürülməsinin artmasına və QİÇS-lə  yaşayan, ondan təsirlənən insanlar üçün daha pis sağlamlıq nəticələrinə səbəb olacaq. Lakin bu əmrin təsiri yalnız narkotik vasitələrdən istifadə edən və ya QİÇS-lə yaşayan insanlarla məhdudlaşa bilməz. Bu sərəncamdakı təkliflər milyonlarla insanı əsas hüquq və azadlıqlarından məhrum edəcək. İnsanlara sərt və qəfil ultimatumlar verməklə evsizlik və aşırı doza problemləri həll edə bilmərik... İnsanlar sağlamlıq xidmətinə ehtiyac duyurlar. Onların əlçatan, əlverişli mənzilə ehtiyacı var. Həmçinin mövcud vəziyyətlərinə uyğunlaşdırılmış, davamlı uğur və daha yaxşı həyat üçün ən yaxşı fürsəti təmin edən psixi sağlamlıq və narkotik istifadəsi pozğunluğu xidmətlərinə ehtiyac duyurlar. Bu əmr həmin problemləri həll etmir", deyə Trampın sərəncamına dair etiraz bəyanatında deyilir.

Stopnarkotik.az