TOVUZDA AĞIR QƏZA - Xəsarət alan var

Tovuz rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, hadisə Düz Cırdaxan  kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2106" minik maşını yoldan çıxaraq aşıb. Yol qəzası zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.