Təmir sexindən 7 minlik ehtiyat hissələri oğurlandı

Babək prospektində avtomobil təmiri sexindən oğurluq olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edən sexin sahibi oradan 7000 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Seyid Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.