Tanınmış meyxanaçı Elşən Binəqədi vəfat edib - MEYİTİ GÜNLƏRLƏ MORQDA QALIB /VİDEO

Tanınmış meyxanaçı Elşən Binəqədi vəfat edib. Stopnarkotik.az xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb. 

Son günlər küçələrdə yaşayan meyxanaçı xəstəlikdən dünyasını dəyişib. Onun meyiti günlərlə morqda qalıb, sahib çıxan olmayıb. 

Bildirilir ki, fevralın 26-sı saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilən meyxanaçı orada dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Binəqədi bir müddət içki aludəçiliyindən əziyyət çəkib və bu səbəbdən Bakıdakı reabilitasiya mərkəzlərindən birində müalicə alıb.

Sonda onu da bildirək ki, Stopnarkotik.az bir neçə ay əvvəl meyxanaçıdan müsahibə almışdı. Həmin vaxt o, reabilitasiya mərkəzində müalicə alırdı.