SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Stopnarkotik.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı proqnozlaşdırılır.

Belə ki, yollarda görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.