Sumqayıtda yol çökdü, avtomobil xilas edildi - VİDEO

Ölkə ərazisində yağan intensiv yağışlar Sumqayıtda da yolun bir hissəsinin çökməsinə səbəb olub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan görünür ki, avtomobilin park edildiyi ərazidə torpaq qatının çökməsi nəticəsində nəqliyyat vasitəsi təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan xüsusi texnikanın köməyi ilə avtomobil ərazidən çıxarılıb.