1 noyabr 2023-cü il tarixinə qədər sülhməramlılar Qarabağı tamamilə tərk edəcək.
Bu barədə Rusiyayönlü erməni bloger Mika Badalyan məlumat yayıb.
Xatırladaq ki, 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarından sonra bölgədə ağ bayraq qaldıran separatçı rejimə məxsus “müdafiə ordusu”nun mənsublarının ərazidən çıxması yekunda sıravi ermənilərin də bölgəni könüllü şəkildə tərk etməsi ilə nəticələnib.
Qeyd edək ki, Qarabağın dağlıq hissəsində ermənilərin qalmaması Rusiya sülhməramlılarının regiondan dislokasiyası anlamına gəlir və Rusiya tərəfi bununla bağlı müzakirələri yalnız rəsmi Bakı ilə edəcəyini bildirmişdi./yenisabah.az