Dəyərli oxucular!
Stopnarkotik.az saytı hər ayın ilk iş günü yeni və tam fərqli layihə ilə görüşünüzə gələcək.
Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda müqayisəli təhlil yazısı dərc edəcək. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olacaqsınız.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının ay ərzində gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da yazılı və yaxud cədvəl şəklində sizlərə təqdim edəcəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmayacağıq, o cümlədən, tutaq ki, polis idarələri və rayon şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil olunacaq.
İnanırıq ki, bu layihə sizlərin marağına səbəb olacaq. Odur ki, saytımızı izləməyi unutmayın.
Stopnarkotik.az
P.S. İlk yazı ilə sabah saytımızda tanış ola bilərsiniz.