SƏRHƏDDƏ ƏMƏLİYYAT: Ölkəmizə külli miqdarda narkotik gətirən şəxslər saxlanıldı / FOTO

26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində saxlanılan şəxslərdən ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Bildirilir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Stopnarkotik.az