Məlum olduğu kimi, bu gün “Sputnik-Azərbaycan”ın redaksiyasında polis əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, artıq əməliyyat nəticəsində saxlanılanların kadrları da paylaşılıb. Məlumatlara görə, kadrlarda “Sputnik-Azərbaycan”ın Bakı filialının icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov əks olunub.
Mediadakı xəbərlərdə saxlanılanların Rusiya FSB-nin gizli agentləri olduğu bildirilmişdi. Yeni xəbərlərə görə, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın səfiri Rəhman Mustafayevi çağırıb.
Kartavıx və Belousov Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat zamanı həlak olan iki soydaşımızın ölümündən sonra saxlanılıblar. Azərbaycan Xarici İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin hərəkətlərini “qəbuledilməz zorakılıq” adlandırıb. Rusiya ifaçılarının ölkədəki bütün çıxışları və konsertləri ləğv edilib.
Stopnarkotik.az