İnterpolun axtardığı narkobaron Türkiyədə yaxalandı

İnterpolun qırmızı bülletenlə axtarışa verdiyi hindistanlı narkobaron Salim Dola İstanbulun Bəylikdüzü rayonunda keçirilən əməliyyat zamanı gizləndiyi evdə saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bundan başqa, Mumbayda keçirilən əməliyyat zamanı S.Dolaya tabe olan cinayətkar dəstə saxlanılıb. Ünvanda aparılan axtarışlar zamanı 126 kiloqram 141 qram mefedron və 2 milyon 522 min Hindistan rupisi müsadirə edilib.

Saxlanılan şübhəli şəxsin polis bölməsindəki prosedurları başa çatdıqdan sonra Türkiyə Miqrasiya İdarəsinin Repatriasiya Mərkəzinə təhvil veriləcəyi bildirib.