Sərxoş vəziyyətdə öz avtomobilini yandırdı - TUTULDU

Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində "Kia" markalı avtomobilini sərxoş vəziyyətdə yandıran Faiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.