SON DƏQİQƏ: Xaçmazda AĞIR QƏZA - ölən və yaralanan var

Ödənişli yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri - 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.