Avqustun 31-də və sentyabrın 1-də ümumi çəkisi 19,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.