İyulun 20-də və 21-də ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 60 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Stopnarkotik.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.