Şəmkirdə 27 yaşlı qız özünü asdı

Şəmkirdə intihar hadisəsi baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ayşən Həsənova yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Onun asılmış meyiti ailəsi tapıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.