Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs salxanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***08:49
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində baş verib. Belə ki, Çaparlı kənd sakini 1993-cü il təvəllüdlü Kamil Zamanov bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib. Hadisənin kim tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.