Şəkidə 38 yaşlı kişinin meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyiti tapılıb.
İlkin araşdırma zamanı tapılan şəxsin 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olduğu müəyyən edilib. A. İsmayılovun hansı şəraitdə ölməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.